تبلیغات
Qaynaq - مدنی بشر!-Mədəni bəşər
زبان و ادبیات توركی

مدنی بشر!-Mədəni bəşər

نویسنده :Qaynaq
تاریخ:شنبه 3 دی 1390-08:25 ب.ظ

مدنی بشر!


قیشلار دا معنالی کئچردی اوندا

کورسو سویوقسا دا بیر مرکز کیمی

توپلاردی باشینا گنجی،قوجانی

سوفره کیچیکسه ده نعمت یئتردی

بیر چاناق ایچینه اون ال گئدردی!

هر قوناق گلدیکده ائوین کیشیسی ،

دئیردی: شوربانین سویون چوخالدین!

بعضا ده گؤرردین غریب بیر ائوده

 حؤرمتله نئچه گون سن قوناق قالدین!

نه کیمسه ده کده ر،نه ده قاش –قاباق

آلله-ین  عزیزی اولاردی قوناق!

نه قده ر اولدوقجا بشر مدنی،

کسیلیر ائولرین گلیب-گئده نی!

قوناقلیق اولورسا موصیبت اولور

شیرین صؤحبت دؤنور بیر غیبت اولور!

او ،بونون دونونا بیرووز دئییر!

دوست،دوستون قیمتین چوخ اوجوز دئییر!!

 

سؤزوم وار سنه کیتابیمدان!/ كریم گول اندیم

رشت-1390

Mədəni bəşər!

 

Qışlar da mənalı keçərdi onda ,

Kürsü soyuqsa da bir mərkəz kimi ,

toplardı başına gənci, qocani 

Süfrə kiçiksə də nemət yetərdi

Bir çanaq içinə on əl gedərdi

Hər qonaq  gəldikdə evin kişisi,

Deyərdi : şorbanın suyun çoxaldın!

Bəzən də görərdin ,qərib bir evdə ,

Hörmətlə neçə gün  sən qonaq qaldın !

Nə kimsədə kədər,nə də qaş qabaq!

Allahın əzizi olardı qonaq.

 

Nəqədər olduqca bəşər mədəni ,

Kəsilir evlərin gəlib-gedəni

Qonaqlıq olursa müsibət olur!

Şirin söhbət dönüb bir qeybət olur!

O, bunun donuna birovuz deyir!!

Dost-dostun qiymətin çox ucuz deyir!!

 

Sözüm var sənə dünya kitabimdan-Kərim gül əndam

Rəşt-1390