تبلیغات
Qaynaq - Qulu Ağsəsin yeni şeiri: Qiyamət
زبان و ادبیات توركی

Qulu Ağsəsin yeni şeiri: Qiyamət

نویسنده :Qaynaq
تاریخ:جمعه 2 دی 1390-01:15 ب.ظ

Qulu Ağsəsin yeni şeiri:

“Qiyamət”

Tövbə, görünməyib fəlakət belə,
Damarı kəsilib göyün elə bil.
Tanrı qəzəbindən bulud əliylə,
Torpaq dizlərinə döyür elə bil.

Göydən zəhər yağır, zəhrimar yağır,
Allahın altında hər nə var yağır…
Minbərdə dörd olub mollanın gözü,
Basdırdığı meyit küçəylə üzür.

Sular sonası da su altda qalıb,
Yağış havası da su altda qalıb…

Örtüb üstümüzə bu yağış-ağı,
Biləndə ölmüşük-
enib aşağı,
Onda gələcək ki, haya Yaradan,
Sağ ikən görməsin onu bir adam…




نوع مطلب : شعر