تبلیغات
Qaynaq - Hikmətli sözlər... /Şəmsi Təbrizi
زبان و ادبیات توركی

Hikmətli sözlər... /Şəmsi Təbrizi

نویسنده :Qaynaq
تاریخ:پنجشنبه 24 آذر 1390-09:22 ق.ظ

Hikmətli sözlər... /Şəmsi Təbrizi

 

 
Hikmətli sözlər... [Şəmsi Təbrizi]

Şəmsi Təbrizi...
Hər insan üçün bir aşiq olma zamanı vardır , bir də ölmək zamanı.
Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır.
Mənə görə aşiq elə olmalıdır ki, qalxınca hər tərəfdə atəşlər alovlansın hər tərəfdə qiyamətlər qopsun.
Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın.
Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır.
Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmanın faydası gizlidir.
Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də.
İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir.
Ey Könül !İndi soruşaram səndən, hansı Eşq daha böyükdür..?Anlatılarak dilə düşənmi,anlatmayıb ürək dələnmi ?
Hər şey insanoğluna fəda ikən insanoğlu isə özünə cəfa olmuşdur.
Gəncliyimdə axtardığımı yaşlılığımda tapdım , neyləyərsən. Ya mən erkən gəldim ya sən gecikdin, neyləyərsən. Qədər!
Əvvəlcə sevgini anlayaq.
Bir an gözlə, arxana dön və unutduqlarını xatırla.. İtirdinsə axtar,qırdınsa üzr istə, qırıldınsa bağışla...Çünki həyat çox qısa.
Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı.
Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki.
Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi?
Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan ? Allah səni insanlara sevdirmək istəyir, Allah sənin dağılmış parçalarını yığır. Eşqə nankorluq etmə!!
Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşq. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir.
Allah sənin qapından eşq sarayına bir insan gətirirsə , o insana sən necə mən səni sevmirəm deyə bilərsən?


نوع مطلب : ادبیات